Bu ilin yanvar-fevral aylarında Azərbaycan 319 milyon 360,72 min ABŞ dolları dəyərində nəqliyyat vasitələri və onların hissələrini idxal edib.
Bizim.Media Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin yanvar ayı ilə müqayisədə 34 milyon 416,4 min ABŞ dolları və yaxud 9,73 % azdır.
İki ay ərzində avtomobil və onların hissələrinin idxalına çəkilən xərc Azərbaycanın ümumi idxal xərclərinin 12,29 %-ni təşkil edib.
Qeyd edək ki, bu ilin yanvar-fevral aylarında Azərbaycan xarici ölkələrlə 6 milyard 264 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 3 milyard 665 milyon ABŞ dolları ixracın, 2 milyard 599 milyon ABŞ dolları isə idxalın payına düşüb.
Bizim.Media

- A-
- A
- A+
İqtisadiyyat
07:28 / 25.03.2026
Azərbaycan avtomobil hissələri idxalına çəkdiyi xərci 10 %-ə yaxın azalıb
Hazırda oxunan: Azərbaycan avtomobil hissələri idxalına çəkdiyi xərci 10 %-ə yaxın azalıb
Hazırda oxunan: Azərbaycan avtomobil hissələri idxalına çəkdiyi xərci 10 %-ə yaxın azalıb
603234
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






































































































