Bu ilin yanvar-fevral aylarında Azərbaycan Türkiyəyə 47 min 80,05 ton xam neft ixrac edib.
Bizim.Media Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu miqdarda məhsulun dəyəri 22 milyon 103,54 min ABŞ dolları təşkil edib.
İxrac olunmuş məhsulun miqdarı 2025-ci il ilin yanvar-fevral ayları ilə müqayisədə 3,2 dəfə, dəyəri isə 3 dəfə çoxdur.
Türkiyəyə ixrac edilən xam neftin Azərbaycanını ümumi neft ixracında payı 1,31 % olub.
Qeyd edək ki, bu ilin yanvar-fevral aylarında gömrük bəyannamələrinə əsasən, Azərbaycan dəyəri 1 milyard 704 milyon 408,42 min ABŞ dolları olan 3 milyon 600 min 307,38 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və neft məhsulları ixrac edib.
Hesabat dövründə Azərbaycan xarici ölkələrlə 6 milyard 264 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb.
Xarici ticarət dövriyyəsinin 3 milyard 665 milyon ABŞ dolları ixracın, 2 milyard 599 milyon ABŞ dolları isə idxalın payına düşüb.
Bizim.Media





























































































