“Aİ-92” markalı benzin ucuzlaşacaq? - AÇIQLAMA

Hazırda oxunan: “Aİ-92” markalı benzin ucuzlaşacaq? - AÇIQLAMA

603136

““Aİ-92” markalı benzinin ucuzlaşma ehtimalı sıfıra yaxındır”.

Bizim.Media xəbər verir ki, bu sözləri Pravda.az-a açıqlamasında iqtisadçı-ekspert Natiq Cəfərli deyib.
 

“Neft bahalaşırsa, benzin necə ucuzlaşa bilər? “Aİ-95”in qiyməti təbii inhisarçı olan SOCAR tərəfindən tənzimlənir, dövlət tərəfindən tənzimlənmir, yəni bu markalı benzin Tarif Şurasına aid deyil. SOCAR isə istədiyi qiyməti istədiyi vaxt qoya bilir.



“Aİ-92” markalı benzinin qiyməti isə dövlət tərəfindən tənzimlənir.

Tarif Şurası istənilən an bu benzinin qiymətini artıra da bilər, azalda da. İndiki dövrdə düşünmürəm ki, qiymətin ucuzlaşması ilə bağlı qərar versinlər, çünki benzinin qiymətini bu yaxınlarda artırıblar. Ucuzlaşma bir kənara qalsın, heç olmasa bahalaşdırmazdılar, amma bahalaşdırdılar.

Dizel yanacağı 10 qəpik, “Aİ-95” isə 5 qəpik bahalaşdı.

Buna görə də “Aİ-92” markalı benzinin ucuzlaşacağı ehtimalı sıfıra yaxındır”, - o bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin