Bitcoin Trampın İranla bağlı açıqlamalarından sonra bahalaşdı

Hazırda oxunan: Bitcoin Trampın İranla bağlı açıqlamalarından sonra bahalaşdı

603041

Bitcoin Donald Trampın İranla bağlı gərginliyi yumşaldan bəyanatlarından sonra kəskin yüksəlib. Hazırda BTC-nin qiyməti təxminən 70 687 dollardır, gün boyu isə 71 271 dollar olub.

Bizim.Media xəbər verir ki, Reuters-in məlumatına görə, Tramp İranın enerji infrastrukturuna, o cümlədən elektrik stansiyalarına planlaşdırılan zərbələri 5 günlüyə təxirə saldığını və bunu Tehranla “çox yaxşı və məhsuldar” danışıqlarla əlaqələndirdiyini bildirib.

Bu xəbərdən sonra bazarlarda risk iştahı artıb, ABŞ fond fyuçersləri yüksəlib.
 

Bloomberg və Reuters-in yazdığına görə, neft qiymətləri də bu açıqlamaların fonunda kəskin geriləyib. Reuters bazar ertəsi neftin 13%-dən çox ucuzlaşdığını yazır ki, bu da kriptobazarda təzyiqin azalmasına və bitcoinin sürətlə toparlanmasına kömək edib.


Beləliklə, bitcoinin 70 min dolları yenidən aşması əsasən bazarın Yaxın Şərqdə gərginliyin dərhal böyüməyəcəyinə dair ümidlərinin güclənməsi ilə bağlıdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin