2025-ci ildə Hindistanın Azərbaycana birbaşa investisiyalarının həcmi 56,047 milyon ABŞ dolları təşkil edib.
Bizim.Media bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Məlumata görə, bu, 2024-cü illə müqayisədə 12,9 milyon dollar və ya 29,8% çoxdur.
Hesabat ilində Azərbaycana birbaşa xarici investisiyaların ümumi həcmində Hindistandan reallaşan investisiyaların payı 0,8% təşkil edib.
Dövr ərzində Azərbaycandan Hindistan iqtisadiyyatına birbaşa investisiya qoyuluşu qeydə alınmayıb.
Qeyd edək ki, 2025-ci ildə Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyalar 6,595 milyard ABŞ dollarından çox olub. Bu isə 2024-cü ildəki göstəriciyə nisbətən 450,9 milyon ABŞ dolları və ya 6,4% azalma deməkdir.
Eyni zamanda hesabat ili ərzində Azərbaycandan xarici iqtisadiyyata yönəldilmiş birbaşa xarici investisiyaların həcmi isə 2,528 milyard ABŞ dolları olub ki, bu da 2024-cü ildəki göstərici ilə müqayisədə 765,4 milyon ABŞ dolları və ya 43,4% çoxdur.
Bizim.Media

































































































