Daha 14 dövlət əmlakı özəlləşdirildi

Hazırda oxunan: Daha 14 dövlət əmlakı özəlləşdirildi

0:00
0:00
60293

Bu gün İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı növbəti dəfə hərrac keçirilib.

Bizim.Media nazirliyə istinadən xəbər verir ki, hərracda 2 kiçik dövlət müəssisə və obyekti, 12 nəqliyyat vasitəsi özəlləşdirilib.

Ötən hərraclarda olduğu kimi, bu dəfə də nəqliyyat vasitələrinin özəlləşdirilməsinə maraq böyük olub və hərrac rəqabətli keçib. Nəqliyyat vasitələrindən birinə edilən təklif ilkin start qiymətindən 6 dəfə çox olub.
 

MÖVZU İLƏ BAĞLI:

Martda Azərbaycanda 3 özəlləşdirmə hərracı keçiriləcək – Bu tarixlərdə 


Belə ki, ilkin satış qiyməti 2 500 manat olan “Ural” markalı avtomobilə edilən ən son təklif 15 100 manata qədər yüksəlib. Bundan başqa, "Hyundai Sonata” markalı avtomobilin ilkin start qiyməti 7 000 manat olsa da, nəqliyyat vasitəsi 10 600 manata özəlləşdirilib.

Özəlləşdirilən obyekt və kiçik dövlət müəssisəsi Beyləqan və Şəmkir rayonlarında yerləşir. Bu günki hərrac üzrə dövlət büdcəsinə 100 855 manat vəsait ödənilməsi nəzərdə tutulur.

Növbəti hərrac fevralın 22-də keçiriləcək. Hərracda iştirakçılara 54 dövlət əmlakı təklif edilir.

Bunlardan 6-sı səhmdar cəmiyyətlərin səhm paketi, 17-si kiçik dövlət müəssisə və obyekti, 2-si yarımçıq tikili, 29-u isə nəqliyyat vasitəsidir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin