Problemli kreditlərin həcmi artıb

Hazırda oxunan: Problemli kreditlərin həcmi artıb

602721

2026-cı il fevral ayının 1-nə ölkənin bank və digər kredit təşkilatlarının kredit portfeli əvvəlki ilin eyni dövrü ilə müqayisədə 8,7 faiz artıb.

Bizim.Media xəbər verir ki, bu, milli valyuta ekvivalentində 31863,7 milyon manat təşkil edib.

Ümumi kredit portfelinin 26171,6 milyon manatı və ya 82,1 faizi uzunmüddətli kreditlərin payına düşüb.
 

Kreditlərin 94,1 faizi banklar, 5,9 faizi isə bank olmayan kredit təşkilatları və kredit ittifaqları tərəfindən verilib.


Ödəmə vaxtı keçmiş kreditlərin məbləği il ərzində 17,3 faiz artaraq 557,5 milyon manat olub və ümumi kredit portfelinin 1,7 faizini təşkil edib. (Qafqazinfo)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin