"Bitcoin"in SON qiyməti

Hazırda oxunan: "Bitcoin"in SON qiyməti

602369

Son 24 saat ərzində kriptovalyuta bazarında əsas aktivlərdə eniş müşahidə olunub.

Bizim.Media xəbər verir ki, "Bitcoin" 4,58% ucuzlaşaraq 70 839 dollara, "Ethereum" 5,73% ucuzlaşaraq 2 195 dollara enib.
 

Bazarın digər əsas aktivlərində də eniş müşahidə olunub. Belə ki, BNB-nin qiyməti 3,35% azalaraq 649,95 dollar, "Bitcoin Cash"in qiyməti 2,88% azalaraq 457,49 dollar, "Monero"nun qiyməti 5,99% azalaraq 347,97 dollar olub. "Zcash" isə daha kəskin – 11,40% ucuzlaşaraq 247,97 dollar təşkil edib.


Eyni zamanda, qızılla təmin olunan tokenlərdə də azalma qeydə alınıb. "PAX Gold"un qiyməti 2,83% azalaraq 4 840 dollar, "Tether Gold"un qiyməti isə 2,59% azalaraq 4 828 dollar olub.

"Bittensor"un qiyməti 6,28% azalaraq 261,90 dollar təşkil edib. CoinMarketCap 20 Index DTF-in qiyməti isə 4,43% azalaraq 146,50 dollar olub.

Qeyd edək ki, bazarda müşahidə olunan eniş riskdən qaçış davranışı, makroiqtisadi təzyiqlər, investorların mənfəət realizasiyası və altkoin bazarındakı ümumi zəifliklə izah olunur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin