Neftin qiyməti İsrailin “Cənubi Pars” qaz yatağına zərbəsinə cavab verəcəyi ilə bağlı İranın təhdidləri fonunda bir barel üçün 109 dollara yüksəlib.
Bizim.Media xəbər verir ki, bu barədə “Blomberg” məlumat yayıb.
Daha əvvəl İran Fars körfəzi ölkələrinə xəbərdarlıq edib ki, bir sıra enerji obyektləri artıq hücumlar üçün “qanuni hədəflər” hesab olunur.
Məlumata görə, Qətər, Səudiyyə Ərəbistanı və BƏƏ-də yerləşən obyektlər artıq Tehranın zərbələri riski altında olan infrastruktur siyahısına daxil edilib.
Bizim.Media
































































































