Kənd təsərrüfatı məhsullarının istehsalı 1,2 faiz ARTDI

Hazırda oxunan: Kənd təsərrüfatı məhsullarının istehsalı 1,2 faiz ARTDI

602289

Bu ilin yanvar-fevral ayları üzrə kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 1 milyard 140,6 milyon manat təşkil edib ki, onun da 1 milyard 77,9 milyon manatı heyvandarlıq, 62,7 milyon manatı isə bitkiçilik məhsullarının payına düşüb.

Dövlət Statistika Komitəsindən Bizim.Media-ya bildirilib ki, 2025-ci ilin yanvar-fevral ayları ilə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu real ifadədə 1,2 faiz, o cümlədən heyvandarlıq məhsulları istehsalı 0,9 faiz, bitkiçilik məhsulları istehsalı 5,3 faiz artıb.
 

Hesabat dövründə quş əti də daxil olmaqla diri çəkidə 93,1 min ton ət, 321,3 min ton süd, 362,2 milyon ədəd yumurta istehsal edilib, ötən ilin müvafiq dövrünə nisbətən ət istehsalı 2 faiz artıb, süd istehsalı 0,4 faiz, yumurta istehsalı isə 3,3 faiz azalıb.


İki ayda təsərrüfatlarda 50,2 min ton və yaxud keçən ilin müvafiq dövrünə nisbətən 5,3 faiz çox tərəvəz məhsulları istehsal edilib. Ölkənin əksər rayonlarında yazlıq bitkilərin əkininə başlanılıb. Mart ayının 1-nə kimi 58882,8 hektar sahədə yazlıq bitkilər əkilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin