Kreditlərin verilməsi ilə bağlı yenilik - VİDEO

Hazırda oxunan: Kreditlərin verilməsi ilə bağlı yenilik - VİDEO

602264

"Azərbaycanda könüllü kredit qadağası mexanizminin tətbiqi üzrə işlər yekunlaşma mərhələsindədir. Bu mexanizm vasitəsilə vətəndaşlar öz adlarına məsafədən kreditlərin verilməsinə məhdudiyyət qoymaq imkanı əldə etmiş olacaqlar".

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Mərkəzi Bankının sədrinin müavini Toğrul Əliyev yayıb.

O bildirib ki, bu mexanizm fırıldaqçılıq hallarının və risklərin əhəmiyyətli dərəcədə azalmasına imkan verəcək.

İqtisadçı Rəşad Həsənov isə deyir ki, yeni mexanizmin fırıldaqçılıq halları ilə mübarizədə effektivliyi vətəndaşlar ondan səmərəli istifadə etdiyi təqdirdə mümkündür:

"Həmin mexanizm "Elektron hökumət" portalı çərçivəsində fəaliyyət göstərəcək və vətəndaşlar öz kredit götürmə hüquqlarını məhdudlaşdıra, eyni zamanda aktivləşdirə biləcəklər. Düşünürəm ki, fərqli dövrlər üzrə seçimlər təqdim olunacaq - üç aylıq, altı aylıq, bir illik, beş illik və s. Bu müddət ərzində aktivləşdirmə hüququ yenə də vətəndaşın özündə qalacaq. Lakin bu mexanizm vətəndaşın özünün birbaşa nəzarətindən və istəyindən kənar olaraq, sui-istifadə halları nəticəsində kənar şəxslər tərəfindən onun adına kredit götürülməsinin qarşısını alacaq".
 

Hüquqşünas Əkrəm Həsənov isə hesab edir ki, məsafədən verilən kreditlərlə bağlı yaranan problemləri kredit müqavilələrində bunu nəzərdə tutan bəndləri çıxarmaqla da aradan qaldırmaq olar.


Qeyd edək ki, könüllü kredit qadağası mexanizmi bir sıra ölkələrdə tətbiq olunur. Ölkəmizdə isə bu mexanizm istehlakçılara əvvəlcədən vahid platforma üzərindən, müraciət etməklə öz adlarına məsafədən kredit rəsmiləşdirilməsinə qadağa qoymaq imkanı verəcək. Bu halda heç bir kredit təşkilatı və ya bankın, vətəndaşın hesabı kənar şəxslər tərəfindən ələ keçirilsə belə, onun adına məsafədən kredit təsdiqləməsi və ya kredit limitini artırması mümkün olmayacaq.

Daha ətraflı Baku TV-nin süjetində:

 
Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin