İraq Ceyhan limanı ilə neft ixracına başladı

Hazırda oxunan: İraq Ceyhan limanı ilə neft ixracına başladı

602242

İraq Ceyhan limanı vasitəsilə xam neftin nəqlini bərpa edib.

Bizim.Media  xarici mediaya istinadla xəbər verir ki, bu barədə informasiyanı İraqın Neft Nazirliyi yayıb.

Məlumata görə, ilkin mərhələdə gündəlik ixrac gücünün təxminən 250 min barel olması hədəflənir.

Bildirilib ki, Baş nazir Məhəmməd Şiya əs-Sudaninin təlimatlarına uyğun olaraq, bir müddətdir Ceyhan limanı vasitəsilə dayandırılmış xam neftin nəqli və ixracı fəaliyyətləri yenidən bərpa olunub. Bu addım hökumət və İraq Kürdüstan Regionu arasında əldə edilən razılaşma nəticəsində atılıb. Nəticədə İraqın ən vacib strateji ixrac marşrutlarından biri yenidən aktivləşdirilib və neft ixracı sisteminin çevikliyi gücləndirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin