"Bitcoin"in qiyməti 74 min dolları ötdü

Hazırda oxunan: "Bitcoin"in qiyməti 74 min dolları ötdü

601945

Kriptovalyuta bazarında son sutkada əsas aktivlərin dəyəri artmaqda davam edib.

Bizim.Media CoinMarketCap-a istinadən xəbər verir ki, bazarın aparıcı kriptovalyutası olan "Bitcoin"in (BTC) qiyməti son 24 saatda 0,43% artaraq 74 126,37 dollara çatıb. Son 7 gündə isə BTC-nin qiyməti 5,62% yüksəlib, bazar dəyəri 1,48 trilyon dollar səviyyəsində qərarlaşıb.
 

Etherium (ETH) üzrə isə daha yüksək artım müşahidə olunub. Son 24 saatda ETH-nin qiyməti 1,94% artaraq 2 307,28 dollara yüksəlib. Həftəlik ifadədə artım 12,66% təşkil edib.


İlk onluqda yer alan digər aktivlər arasında BNB-nin qiyməti son sutkada 1,33% azalıb və 674,47 dollar olub. "Bitcoin Cash" 0,39%, "Monero" isə 2,64% bahalaşıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin