İŞİD-dən yeni iş elanı

Hazırda oxunan: İŞİD-dən yeni iş elanı

60180
İŞİD terror qruplaşmasının gəlir sahələrini idarə etmək üçün yüksək maaşla işçi axtardığı bildirilir. 

ANS PRESS-in məlumatına görə, “The Times”ın yaydığı xəbərdə terroq qruplaşmasının 225 min dollar maaşla əlindəki neft zavodlarını işlədə bilən baş icraçı direktor axtarır. 

İŞİD tərəfindən bu ilin iyun ayında İraqda qanlar bahasına əldə edilən neftlə zəngin bölgələrə nəzarət etməyin, oradakı zavodların işlərinin geriləməməsinin hal-hazırda çox vacib olduğu qeyd edilir.

Bir neçə ay bundan əvvəl İŞİD-in neft gəlirlərinə nəzər salarkən, günlük 3 miyon dollar qazandıqları deyilirdi. ABŞ və digər koalisiya ölkələrinin terror qruplaşmasına silsilə hücumları onlara mənfi təsirlər etməyə başlayıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin