Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən verilmiş baytarlıq sertifikatları Avropa Birliyi ölkələrində tanınmağa başlanıb.
AQTA-dan bildirilib ki, ölkəmizdə ixrac potensialına malik məhsullardan biri də qoyun yunudur.
Bu istiqamətdə ölkəmizin ixrac imkanlarının genişləndirilməsi məqsədilə Avropa Birliyi ilə danışıqlar aparılıb, qoyun yununun ixracı üzrə ilkin razılıq əldə edilib.
Bunun üçün maraqlı olan müəssisələr xüsusi standartlar üzrə qiymətləndirilməli və müvafiq məlumatlar Avropa Birliyinin aidiyyəti qurumlarına təqdim olunmalıdır.
Müvafiq məlumat bazasında qeydiyyata götürülmüş müəssisələrdən Agentlik tərəfindən verilmiş baytarlıq sertifikatı əsasında yunun ixracatı həyata keçirilə bilər.
Avropa Birliyinə yun ixrac edilməsini planlaşdıran müəssisələrin lazımi prosedurlardan keçirilməsi və onlara metodiki köməkliyin göstərilməsi üçün həmin sahibkarlıq subyektləri qeyd olunan əlaqə vasitələri ilə ((012) 565-12-72, daxili (224), (229)) Agentliyə müraciət edə bilərlər.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
03:24 / 15.02.2022
Azərbaycandan Avropaya yun ixracı ilə bağlı razılıq əldə olundu
Hazırda oxunan: Azərbaycandan Avropaya yun ixracı ilə bağlı razılıq əldə olundu
Hazırda oxunan: Azərbaycandan Avropaya yun ixracı ilə bağlı razılıq əldə olundu
60179
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.