Ətin bahalaşması Milli Məclisin GÜNDƏMİNDƏ

Hazırda oxunan: Ətin bahalaşması Milli Məclisin GÜNDƏMİNDƏ

601354

“Bazarda bəzi kənd təsərrüfatı məhsullarının, xüsusilə ətin, südün, yumurtanın bahalaşması əlavə tədbirlərin görülməsini zərurətə çevirir. Bu istiqamətdə hər bir nazirliyin, komitənin, agentliyin yardımçı təsərrüfatlarının yaradılması faydalı ola bilər. Hər bir müəssisə, təşkilat müəyyən ehtiyat torpaq sahəsi götürüb orada kənd təsərrüfatı məhsulları yetişdirilməsinə imkan yaradarsa, bu həm bazarda qiymətlərin aşağı salınmasına, həm xeyli insanın işlə təmin edilməsinə, həm də həmin təşkilatlarda çalışan işçilərin ucuz kənd təsərrüfatı məhsulları ilə təmin olunmasına kömək etmiş olar".

Bizim.Media xəbər verir ki, bunu  Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev Milli Məclisin bugünkü iclasında Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatının müzakirəsi zamanı deyib.
 

Komitə sədri qeyd edib ki, bəzi vəzifə sahiblərinin yeni iş yeri yaratmaq əvəzinə iş yerlərini məhdudlaşdırmaq, yaşına, təcrübəsinə, ailə vəziyyətinə baxmayaraq, əsassız ixtisarlar edərək insanları işsiz qoymaq təşəbbüsləri narahatlıq doğurur.


Deputat bildirib ki, şəhərdə tıxac probleminin aradan qaldırılması sahəsində mühüm tədbirlər həyata keçirilsə də, məsələ hələ tam həllini tapmayıb:

"Bizə adi görünən vətəndaşların yolu keçmək qaydalarında müəyyən düzəlişlər tətbiq etmək əhəmiyyətli olar. Yolu keçən hər bir adama görə maşının saxlanılması yolverilməzdir və elə bilirəm ki, 8-10 nəfər insan yol kənarında toplaşdıqdan sonra belə keçidə icazə verilməlidir".

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin