Dövlət Vergi Xidmətinin (DVX) Aksizli və Markalanmalı Malların Dövriyyəsinə Nəzarət Baş İdarəsinə yeni rəis və rəis müavini təyin olunub.
Bizim.Media iqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı DVX rəisi Orxan Nəzərli müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Baş idarənin rəisi vəzifəsinə Müzəffər Mikayılov, rəis müavini vəzifəsinə isə Elşən Əmrahov təyin edilib.
Qeyd edək ki, M.Mikayılov yeni təyinatadək rəis müavini idi və eyni zamanda, Baş idarənin rəisi vəzifəsini müvəqqəti icra edirdi. E.Əmrahov isə yeni təyinatadək Təqib və izləmə sisteminə nəzarət şöbəsinin rəisi vəzifəsində çalışırdı.
Xatırladaq ki, Aksizli və Markalanmalı Malların Dövriyyəsinə Nəzarət Baş İdarəsinin əvvəlki rəisi Azər Süleymanov bu ilin əvvəlində vəzifəsindən azad olunub.
Bizim.Media



































































































