2025-ci il ərzində Azərbaycana galən əcnəbi və vətəndaşlığı olmayan şəxslərin sayı 2570,2 min nəfər təşkil edib.
Bizim.Media xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2025-ci il üçün hesabatında qeyd olunub.
Belə ki, ötən il ölkəmizə gələnlərin 23,9%-i Rusiya Federasiyası, 17,7%-i Türkiyə, 8,1%-i İran, 6,5%-i Hindistan, 4,3%-i Gürcüstan, 4,1%-i Səudiyyə Ərəbistanı, 4,0%-i Qazaxıstan, 3,5%-i Pakistan, 2,5%-i Çin, 2,4%-i Özbəkistan, 1,7%-i Birləşmiş Ərəb Əmirlikləri, 1,4%-i Ukrayna, 1,3%-i Türkmenistan va 18,6%-i digər ölkələrin vətəndaşları olub.
Hesabat ilində 2024-cü illə müqayisədə Hindistan, Rusiya Federasiyası və İrandan gələnlərin sayı müvafiq olaraq 31%, 16% və 1% azalıb, Türkiyədən 7%, Saudiyyə Ərəbistanından 6%, Pakistandan 13%, Qazaxıstandan gələnlərin sayı isə 20% artıb.
Bununla yanaşı, bəzi ölkələrdən gələn əcnəbilərin sayı 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə daha sürətlə (İsraildən 2,4 dəfə, Tacikistandan 1,6 dəfə, Çindən 14 dəfə və Özbəkistandan 1,3 dəfə) artıb.
Günay Şahmar, Bizim.Media

- A-
- A
- A+
İqtisadiyyat
13:00 / 13.03.2026
Azərbaycana ən çox turist bu ölkələrdən gəlib – SİYAHI
Hazırda oxunan: Azərbaycana ən çox turist bu ölkələrdən gəlib – SİYAHI
Hazırda oxunan: Azərbaycana ən çox turist bu ölkələrdən gəlib – SİYAHI
601195
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































