İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti 17, 29 və 31 mart tarixlərində dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı hərrac keçirəcək.
Bizim.Media-ya bu barədə nazirliyə istinadən xəbər verir.
Məlumata görə, martın 17-də keçiriləcək hərraca 12 nəqliyyat vasitəsi, 29 martda təşkil olunacaq hərraca 15 kiçik dövlət müəssisə və obyekti, 1 yarımçıq tikili, 16 nəqliyyat vasitəsi, 31 mart tarixindəki hərraca isə 15 nəqliyyat vasitəsi çıxarılacaq.
Hərraca çıxarılan nəqliyyat vasitələri müxtəlif markalıdır. Özəlləşdiriləcək avtomobillər arasında Rusiya, Cənubi Koreya istehsalı olan maşınlar üstünlük təşkil edir. Nəqliyyat vasitələrinin istehsal tarixi 1986-2010-cu illər arasında dəyişir.
Hərraca çıxarılan kiçik dövlət müəssisə və obyektlərinin isə 2-si istisna olmaqla, qalanları bölgələrdə yerləşir.
Tam siyahı ilə burada tanış olmaq mümkündür: (//bit.ly/3mmNVpB ).
Özəlləşdirmə hərraclarında iştirak etmək istəyən şəxslər Xidmətin rəsmi saytından (emlak.gov.az) və ya Özəlləşdirmə portalından (privatization.az) hərraca çıxarılan dövlət əmlakı üzrə seçim edə bilər. Elektron Xidmətlər Portalından (e-emlak.gov.az) müvafiq hərrac xidmətini seçərək qeydiyyatdan keçib, dövlət əmlakının ilkin hərrac qiymətinin 10%-i qədər behi ödəyib hərracda iştirakçı statusu almaq mümkündür. Sifarişçilər hərraclara onlayn formada da qoşula bilər.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
15:31 / 14.02.2022
Martda Azərbaycanda 3 özəlləşdirmə hərracı keçiriləcək – Bu tarixlərdə
Hazırda oxunan: Martda Azərbaycanda 3 özəlləşdirmə hərracı keçiriləcək – Bu tarixlərdə
Hazırda oxunan: Martda Azərbaycanda 3 özəlləşdirmə hərracı keçiriləcək – Bu tarixlərdə
60106
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.