“AzRe Təkrarsığorta” ASC səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.
Bizim.Media xəbər verir ki, toplantı Cəmiyyətin Direktorlar Şurasının qərarı ilə martın 29-una təyin olunub.
Yığıncaq Cəmiyyətin “Bridge Plaza”nın 8-ci mərtəbəsindəki ofisində baş tutacaq.
Səhmdarların ümumi yığıncağının gündəliyinə Cəmiyyətin Təftiş Komissiyasının üzvlərinin təyin edilməsi, 2021-ci ilin maliyyə hesabatlarının təsdiqi, 2022-ci il üçün Cəmiyyətin büdcəsinin təsdiq edilməsi və digər məsələlər daxildir.
Qeyd edək ki, səsvermə hüququna malik olan səhmdarların yekdil razılığı ilə səhmdarların ümumi yığıncağı gündəliyə daxil edilməmiş məsələləri də müzakirə edə və onlara dair qərarlar qəbul edə bilər.
Səhmdarlar ümumi yığıncağın gündəliyi üzrə materiallarla iclasın keçirilmə tarixə qədər Cəmiyyətin yuxarıda qeyd olunan ünvanda yerləşən ofisində tanış ola və öz təkliflərini verə bilərlər.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
12:09 / 14.02.2022
“AzRe Təkrarsığorta” səhmdarlarının NƏZƏRİNƏ - Martın 29-unda...
Hazırda oxunan: “AzRe Təkrarsığorta” səhmdarlarının NƏZƏRİNƏ - Martın 29-unda...
Hazırda oxunan: “AzRe Təkrarsığorta” səhmdarlarının NƏZƏRİNƏ - Martın 29-unda...
60068
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.