Göyərti BAHALAŞDI – FOTO

Hazırda oxunan: Göyərti BAHALAŞDI – FOTO

599887

Digər tərəvəzlər kimi göyərtinin də qiyməti artıb. Özü də 50 faiz...

Əgər ötən həftə göyərtinin bir dəsti 15-20 qəpiyə satılırdısa, bu gün 30-35 qəpiyə təklif olunur.

Maraqlıdır ki, supermarketlər son günlər göyərtini dəst yox, kiloqramla satır. Bu da təəccüb doğuran faktordur.

Məsələ münasibət bildirən iqtisadçı Natiq Cəfərli Bizim.Media-ya deyib ki, göyərtinin qiymətinin qalxmasında təəccüblü heç nə yoxdur:

“Son zamanlar bütün ərzaqlar bahalaşıb. Ən əsası dizel yanacağının qiyməti yüksəlib. Ona görə də göyərtinin qiymətinin qalxması labüddür.
 

Unutmayaq ki, bu spiralvari bir prosesdir. Yəni bir sahədə qiymət artırsa o zaman, digər sahənin istehsalçıları da qiymət artımına getmək məcburiyyətindədirlər. Burada söhbət təkcə məhsulun maya dəyərindən getmir. Ümumi sosial-iqtisadi proseslər bunu tələb edir.  


Bu xoşagəlməz tendensiyanın qarşısı alınmalıdır. Məhsul bolluğu yaratmaq istəyən istehsalçılara dəstək artırılmalıdır”.


Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin