Azərbaycanda bəzi avtomobillər bahalaşır

Hazırda oxunan: Azərbaycanda bəzi avtomobillər bahalaşır

599748

"Yaxın Şərqdə baş verən müharibə region ölkələri ilə yanaşı, Azərbaycan avtomobil bazarına da təsir göstərməyə başlayıb".

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc bildirib.

AQC sədri əlavə edib ki, müharibə fonunda neftin, qızılın və digər strateji məhsulların bahalaşması logistik və nəqliyyat xərclərini artırır ki, bu da avtomobil qiymətlərinə birbaşa təsir edir:

"Hazırda qiymət artımı kəskin olmasa da, artıq müəyyən fərqlər hiss olunur. Xüsusilə Dubaydan gətirilən avtomobillərdə cüzi bahalaşma qeydə alınır. İlkin mərhələdə qiymətlərdə modeldən asılı olaraq 3-5 min manat civarında artım müşahidə oluna bilər ki, bu da təxminən 2-7 faiz aralığında dəyişir.

Müharibə qısamüddətli olarsa, bazarda ciddi dalğalanma gözlənilmir. Lakin qarşıdurma uzunmüddətli xarakter alarsa və enerji qiymətləri yüksəlməkdə davam edərsə, bu, avtomobil idxalına və ümumilikdə satış qiymətlərinə daha ciddi təsir göstərə bilər.

Hazırda bahalaşma əsasən logistika və tranzit xərclərinin artması ilə bağlıdır. Neft qiymətlərinin tam təsiri isə müəyyən zaman sonra bazarda daha aydın hiss oluna bilər". (baku.ws)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin