“Azərişıq” ASC-nin əməkdaşları “Laçın dəhlizi”nin elektrik enerjisi ilə təmin edilməsi istiqamətində işlərə başlayıblar. Sosial mediada yayılan görüntülərdən məlum olur ki, “Azərişıq”ın əməkdaşları dəhlizdə işlər aparır.
Bizim.Media xəbər verir ki, işçilərin təhlükəsizliyini isə Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlıları qoruyur.
Qeyd edək ki, təchizat işləri “Azərişıq Qarabağda” layihəsi çərçivəsində həyata keçirilir.
Bizim.Media