Dövlət İmtahan Mərkəzi (DİM) bu gün dövlət qulluğunda inzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun olan vəzifələr üzrə dövlət qulluğuna qəbul olmaq üçün Bakı şəhərində test imtahanları keçirəcək.
Mərkəzdən Bizim.Media-ya verilən məlumata görə, COVID-19 infeksiya ilə əlaqədar ehtiyat tədbirləri çərçivəsində görülən işlərə uyğun olaraq imtahan binalarına yalnız tibbi maska ilə daxil olmağa icazə veriləcək və namizədlərin məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılacaq, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunacaq.
İmtahan zallarında namizədlərin bir-birindən lazımi məsafədə əyləşdirilməsi təmin olunacaq.
Bundan əlavə, imtahanın idarə olunması prosesinə ümumi imtahan rəhbəri, imtahan rəhbəri, nəzarətçi-müəllim, mühafizə əməkdaşı və s. qismində yalnız COVID-19 peyvənd sertifikatı (və ya immunitet sertifikatı) olan şəxslər cəlb olunacaqlar.
İmtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlanır və 3 saat davam edir. Saat 10:45-dən sonra gələn namizədlər imtahana buraxılmır.
İmtahan kağız daşıyıcılar vasitəsilə Bakıda 7 binada təşkil olunacaq.
İmtahanda iştirak etmək üçün BA qrupu üzrə 462, BB qrupu üzrə 1238 olmaqla, ümumilikdə 1 700 namizəd qeydiyyatdan keçib.
İmtahanının keçirilməsi üçün 7 ümumi imtahan rəhbəri, 17 imtahan rəhbəri, 158 nəzarətçi‑müəllim, 14 buraxılış rejimi əməkdaşı ayrılıb.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
08:43 / 13.02.2022
Bu gün dövlət qulluqçusu olmaq istəyənlər üçün imtahan keçiriləcək
Hazırda oxunan: Bu gün dövlət qulluqçusu olmaq istəyənlər üçün imtahan keçiriləcək
Hazırda oxunan: Bu gün dövlət qulluqçusu olmaq istəyənlər üçün imtahan keçiriləcək
59909
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.