Ötən il Azərbaycan 23 ton qurbağa əti satıb - RƏSMİ

Hazırda oxunan: Ötən il Azərbaycan 23 ton qurbağa əti satıb - RƏSMİ

598773

Ötən il Azərbaycan təxminən 23 ton (23006 kq) qurbağa ayağı ixrac edib.

Bizim.Media xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Bildirilir ki, 2025–ci il ərzində Azərbaycanda istehsal olunan qurbağa ayaqları ümumilikdə 3 ölkəyə ixrac edilib:
 

"Qurbağa əti Azərbaycandan İtaliya (18 032 kq), Fransa (4 808 kq) və İspaniyaya (166 kq) ixrac olunub. Qurbağa əti ölkəmizdə Avropa İttifaqında qeydiyyatda olan 2 müəssisə tərəfindən ixrac olunur", məlumatda vurğulanıb.


Qeyd edək ki, 2024-cü ildə də Azərbaycan təxminən 20 tona yaxın qurbağa əti ixrac edib.

İxrac olunan qurbağa ayaqları Salyan rayonu, Şorsulu kəndində "AZARIFROG" MMC və Masallı rayonu, Qızılağac kəndində "Az Fish and Frog" MMC qurbağa emalı müəssisələrində yetişdirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin