Turizmin inkişafı ilə bağlı Dövlət Proqramı hazırlandı – RƏSMİ

Hazırda oxunan: Turizmin inkişafı ilə bağlı Dövlət Proqramı hazırlandı – RƏSMİ

598674

Dövlət Turizm Agentliyi tərəfindən prioritet istiqamətlər üzrə tədbirlərin həyata keçirilməsini təmin etmək məqsədilə “Azərbaycan Respublikasında 2026-2030-cu illərdə turizmin inkişafına dair Dövlət Proqramı” hazırlanıb. 

Bizim.Media xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev Milli Məclisin Əmək və sosial siyasət komitəsində keçirilən “Azərbaycanda turizmin mövcud vəziyyəti və inkişaf perspektivləri” mövzusunda ictimai dinləmədə deyib.

Sədr bildirib ki, hazırda proqram qurumlar arasında müzakirə mərhələsindədir: 

“Sənəddə hava əlaqələrinin genişlənməsinin təşviq olunması, ölkənin qastonomiya, sağlamlıq, qış və eko turizm istiqaməti kimi tanıdılması, turizm sahəsində mikro və kiçik sahibkarlıq subyektlərinin dəstəklənməsi, sənaye subyektlərinin təsnifat və uçot sisteminin təkmilləşdirilməsi kimi məsələlər öz əksini tapıb.
 

Həmçinin regionlarda yerləşən əsas turizm məntəqələrinin əlçatanlığının artırılması, turizm sahəsinə aid təhsil proqramlarının və infrastrukturun inkişaf etdirilməsi və bu kimi inkişafa dəstək verən digər fəaliyyətlər nəzərdə tutulub.


Hədəf turizm bazarlarında təbliğatın, sosial media kampaniyalarının genişləndirilməsi də prioritetlərdən biridir”.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin