Baş nazirin müavini, Azərbaycan-İran Dövlət Komissiyasının həmsədri Şahin Mustafayev İranın yol və şəhərsalma naziri, Dövlət Komissiyasının İran tərəfdən həmsədri Rüstəm Qasimi ilə videoformatda görüşüb.
Bizim.Media xəbər verir ki, görüşdə, həmçinin hər iki ölkənin müvafiq dövlət strukturlarının nümayəndələri iştirak ediblər.
Söhbət zamanı Azərbaycan ilə İran arasında müxtəlif sahələrdə, xüsusilə iqtisadiyyat, ticarət, nəqliyyat-tranzit, energetika, sənaye, kənd təsərrüfatı və digər istiqamətlərdə əlaqələrin inkişafından məmnunluq ifadə edilib.
2022-ci ilin Azərbaycanla İran arasında diplomatik əlaqələrin qurulmasının 30 ilinin tamam olması ilə əlamətdar olduğu məmnunluqla qeyd edilib.
Koronavirus pandemiyasının neqativ təsirlərinə baxmayaraq Azərbaycan-İran ticarət dövriyyəsinin 30% artdığı vurğulanıb.
Nəqliyyat-tranzit sahəsində uğurlu əməkdaşlıq xüsusi vurğulanaraq iki ölkə arasında avtomobil daşımalarının həcminin 2021-ci ildə əhəmiyyətli dərəcədə - 70% artması məmnunluqla qeyd olunub.
“Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi iki ölkə arasında ticarət və nəqliyyat-tranzit sahələrində əlaqələrin inkişafı baxımından prioritet olaraq dəyərləndirilib.
Görüşdə Dövlət Komissiyasının növbəti iclasının keçirilməsi məsələsi, həmçinin Azərbaycanla İran arasında qarşılıqlı faydalı əməkdaşlığın müxtəlif sahələrdə daha da genişləndirilməsi yolları müzakirə edilib.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
16:07 / 12.02.2022
Azərbaycan-İran ticarət dövriyyəsi 30 faiz artıb - FOTO
Hazırda oxunan: Azərbaycan-İran ticarət dövriyyəsi 30 faiz artıb - FOTO
Hazırda oxunan: Azərbaycan-İran ticarət dövriyyəsi 30 faiz artıb - FOTO
59863
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.