İşçilərin icbari sığortası ilə bağlı müqavilələr bağlandı - 600-dən çox müəssisədə 

Hazırda oxunan: İşçilərin icbari sığortası ilə bağlı müqavilələr bağlandı - 600-dən çox müəssisədə 

0:00
0:00
59858

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsindən icbari sığorta olunmalarına elektron sistem üzərindən nəzarəti davam etdirir. 

Nazirlikdən Bizim.Media-ya verilən məlumata görə, icbari sığorta müqaviləsi olmayan işçilər üzrə işəgötürənlər müəyyən olunaraq onlara bu müqavilələri bağlamaları üçün “Əmək müqaviləsi bildirişi” altsistemində xəbərdarlıq məlumatları yerləşdirilib. 

Həmçinin bu sahədə inzibati xəta halları aşkar olunan işəgötürənlə bağlı qanunvericiliyə uyğun tədbirlər görülüb. 

Görülən işlərin nəticəsi kimi son bir ildə 632 işəgötürən tərəfindən işçilərinin icbari sığorta olunmaları üçün müqavilələr bağlaması təmin edilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin