Fevralın 23-25-də Bakıda Misir-Azərbaycan Hökumətlərarası İqtisadi, Texniki və Elmi əməkdaşlıq üzrə Müştərək Komissiyasının beşinci iclası təşkil olunacaq.
Bu barədə Bizim.Media-ya Misirin Azərbaycandakı səfirliyindən bildirilib.
İclas Misirin beynəlxalq əməkdaşlıq naziri Ranya Al-Maşatın və Azərbaycan tərəfindən rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin sədrliyi ilə keçiriləcək.
Misirin Azərbaycandakı səfiri Adel İbrahim bildirib ki, idxal, ixrac, turizm, istehsal, inşaat, kənd təsərrüfatı, nəqliyyat, rabitə, informasiya texnologiyaları, maliyyə sektoru, bərpa olunan enerji, kimya və ağır texnika sənayesi kimi sahələrdə fəaliyyət göstərən şirkətlərin 30-dək nümayəndəsinin iştirakı ilə iki ölkə arasında investisiya əlaqələrinin inkişafı kontekstində Komissiyanın fəaliyyəti çərçivəsində Misir-Azərbaycan Biznes-Forumu da keçiriləcək:
"Hökumətlərarası komissiyanın və biznes-forumun keçirilməsi Misirlə Azərbaycan arasında ümumi maraq doğuran müxtəlif sahələrdə daha səmərəli əməkdaşlığa təkan verəcək, Misirin siyasi rəhbərliyinin iki ölkə arasında əməkdaşlığın genişləndirilməsini dəstəkləyir və ölkələrimiz arasında imzalanmış sazişlərin fəaliyətlərinin aktivləşdirilməsində maraqlıdır".
Qeyd edək ki, komissiyanın 4-cü iclası 2018-ci ildə Qahirə şəhərində keçirilib.
Bu iclas çərçivəsində Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) ilə Misirin İxracın İnkişafı Qurumu (EDA) arasında, AZPROMO ilə Misirin İnvestisiyalar və Azad Zonalar üzrə Baş Qurumu (GAFI) arasında anlaşma memorandumları imzalanıb.
İndiyədək iki ölkə arasında 50-yə yaxın sənəd imzalanıb, 21 sənəd layihəsi isə müzakirə mərhələsindədir. Azərbaycanda ticarət, sənaye və xidmət sahələrində 14 Misir investisiyalı şirkət fəaliyyət göstərir.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
11:45 / 12.02.2022
Bakıda biznes-forum keçiriləcək - ƏTRAFLI
Hazırda oxunan: Bakıda biznes-forum keçiriləcək - ƏTRAFLI
Hazırda oxunan: Bakıda biznes-forum keçiriləcək - ƏTRAFLI
59815
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.