Azərbaycanda əczaçılıq məhsularının istehsalı 3 dəfəyə yaxın ARTIB

Hazırda oxunan: Azərbaycanda əczaçılıq məhsularının istehsalı 3 dəfəyə yaxın ARTIB

597833

Bu ilin yanvar ayında Azərbaycanda emal sənayesində 2,3 milyon manat dəyərində əczaçılıq məhsulları istehsal edilib.

Bizim.Media Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu ötən ilin eyni ayı ilə müqayisədə 2,8 dəfə çoxdur.

Ötən ay əczaçılıq məhsullarından 1 milyon 50,8 min manat dəyərində dərmanlar, 0,8 milyon ədəd tibbi maska istehsal edilib.
 

Qeyd edək ki, təkcə yanvar ayı ərzində ölkə əhalisi əczaçılıq məhsularına və tibbi ləvazimatlara 141,1 milyon manat vəsait xərcləyib ki, bu da 2025-ci ilin eyni dövrünə nisbətən 25,6 faiz çoxdur.


Onu da bildirək ki, hesabat ayı ərzində Azərbaycana 47 milyon 312.13 min ABŞ dolları dəyərində əczaçılq məhsulları idxal olunub ki, bu da əvvəlki ilin yanvar ayı ilə müqayisədə 8.7% azdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin