Əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri ARTIB

Hazırda oxunan: Əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri ARTIB

597498

Bu ilin yanvar ayında Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 7,6 faiz artaraq 1 milyard 264,1 milyon manat olub.

Bizim.Media bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, hüquqi şəxslər tərəfindən əhaliyə 954,7 milyon manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 75,5 faizini təşkil edib.
 

2026-cı ilin yanvar ayında hər bir ölkə sakini orta hesabla 123,2 manatlıq və ya 2025-ci ilin eyni dövrü ilə müqayisədə nominal ifadədə 14,4 manat çox müxtəlif ödənişli xidmətlərdən istifadə edib.


2025-ci ildə əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2024-cü illə müqayisədə Bakı şəhəri üzrə 10,3, Abşeron-Xızı iqtisadi rayonu üzrə 9,9 faiz, Gəncə-Daşkəsən iqtisadi rayonu üzrə 8,4 faiz, Şirvan-Salyan iqtisadi rayonu üzrə 8,1 faiz, ŞəkiZaqatala iqtisadi rayonu üzrə 8,0 faiz, Qazax-Tovuz iqtisadi rayonu üzrə 7,5 faiz, Quba-Xaçmaz iqtisadi rayonu üzrə 7,2 faiz, Dağlıq Şirvan iqtisadi rayonu üzrə 5,8 faiz, Mərkəzi Aran iqtisadi rayonu üzrə 5,5 faiz, Lənkəran-Astara iqtisadi rayonu üzrə 5,3 faiz, Qarabağ iqtisadi rayonu üzrə 3,1 faiz, Mil-Muğan iqtisadi rayonu üzrə 1,8 faiz, Naxçıvan Muxtar Respublikası üzrə 0,3 faiz artıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin