Ötən il Azərbaycana ən çox elektromobil bu ölkələrdən gətirilib – RƏQƏMLƏR

Hazırda oxunan: Ötən il Azərbaycana ən çox elektromobil bu ölkələrdən gətirilib – RƏQƏMLƏR

597396

2025-ci ildə Azərbaycana 62 milyon 485.9 min ABŞ dolları dəyərində 2028 ədəd yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələri (elektromobil) idxal edilib.

Bizim.Media Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ötən il ən çox elektromobil Çindən (992 ədəd), ABŞ-dən (656 ədəd), Almaniyadan (199 ədəd) və Koreyadan (64 ədəd) idxal edilib.
 

Çindən idxal edilən elektromobillərin orta qiyməti 40,9 min manat, ABŞ-dən 31,5 min manat, Almaniyadan 129,5 min manat, Koreyadan isə 31,4 min manat təşkil edib.


Qeyd edək ki, ötən il Azərbaycana 17 ölkədən elektromobil idxal edilib.

Xatırladaq ki, 2025-ci ildə Azərbaycana ümumilikdə 2.4 milyard ABŞ dolları dəyərində 123 319 ədəd avtomobil idxal edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin