“Mərkəzi Azəri” platformasından nə qədər neft hasil edilib?

Hazırda oxunan: “Mərkəzi Azəri” platformasından nə qədər neft hasil edilib?

596922

“Mərkəzi Azəri” platforması istismara verildiyi tarixdən indiyədək 157 milyon ton neft hasil edilib.

Bizim.Media Energetika Nazirliyinə istinadən xəbər verir ki, platformanın ilk neft hasilatına başlanılmasından 21 il ötür.
 

Qeyd edək ki, “Mərkəzi Azəri” hasilat, qazma və yaşayış platforması ona körpü ilə birləşmiş texniki platforma olan kompressor və suvurma qurğusu ilə birlikdə Xəzərdə ən böyük dəniz komplekslərindən biridir.


Bu kompleks “Azəri-Çıraq-Günəşli”dəki (AÇG) digər platformalara və qurğulara vacib əməliyyatlar mərkəzi kimi də xidmət edir və öz qabaqcıl texniki imkanları sayəsində bütün yataqda əməliyyatların təhlükəsiz və etibarlı aparılmasını təmin edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin