"Bitcoin"in SON qiyməti

Hazırda oxunan: "Bitcoin"in SON qiyməti

596901

Kriptovalyuta bazarında əsas aktivlər üzrə son sutkada azalma qeydə alınıb.

Bizim.Media CoinMarketCap platformasına istinadən xəbər verir ki, bazarın ümumi kapitallaşması 0,66% azalaraq 2,34 trilyon dollara enib.

Bazarın ümumi dinamikasını əks etdirən CMC20 indeksi isə sutka ərzində 0,80% geriləyərək 140,21 bənd təşkil edib.
 

Ən böyük kriptovalyuta olan "Bitcoin"in qiyməti 1,02% azalaraq 67 748 dollar təşkil edib. "Ethereum"un qiyməti isə 0,45% artaraq 1 997 dollar səviyyəsində formalaşıb.


Digər əsas aktivlərdən BNB 1,47% azalaraq 616 dollar, Monero 0,95% azalaraq 333 dollar, Bittensor (TAO) isə 2,78% azalaraq 191 dollar olub.

Qızıl dəstəkli tokenlərdə də geriləmə müşahidə olunub. Belə ki, "PAX Gold"un qiyməti 0,44% azalaraq 4 935 dollar, Tether Gold isə 0,37% azalaraq 4 910 dollar təşkil edib.
 

Bazarda psixoloji vəziyyəti ölçən Fear & Greed indeksi 12 bənd səviyyəsində qalaraq investorlar arasında qorxu mühitinin gücləndiyini göstərib.


Analitiklər enişi qlobal bazarlarda risk iştahasının zəifləməsi və “ayı trendi”nin güclənməsi ilə əlaqələndirirlər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin