Azərbaycanda ötən ay büdcədən 16 milyon manata yaxın vəsait geri qaytarılıb – RƏSMİ

Hazırda oxunan: Azərbaycanda ötən ay büdcədən 16 milyon manata yaxın vəsait geri qaytarılıb – RƏSMİ

596576

Bu ilin yanvar ayında Azərbaycanda dövlət büdcəsindən fiziki və hüquqi şəxslərə ümumilikdə 15 milyon 778,6 min manat məbləğində vəsait geri qaytarılıb.

Bizim.Media bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
 

Geri qaytarılan vəsaitlər əcnəbilər tərəfindən ölkə ərazisində istehsal və kommersiya məqsədi daşımayan malların alınmasına, fiziki şəxslərin pərakəndə ticarət və ictimai iaşə sahəsində, mədəniyyət (teatr, kino, muzey, konsert) və tibbi xidmətlərdə, eləcə də işğaldan azad edilmiş ərazilərdəki mehmanxana xidmətlərində ödənilmiş ƏDV-nin qaytarılmasına aiddir.


Həmçinin bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV, həmçinin artıq ödənilmiş digər vergilər, dövlət rüsumları, faizlər və maliyyə sanksiyaları da vətəndaşlara geri qaytarılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin