Ötən ilin yanvar-noyabr aylarında Azərbaycan 31,4 milyon ABŞ dolları dəyərində 32 min 107 ton nar ixrac edib.
Bizim.Media xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Aparılan hesablamalara əsasən, bu, 2024-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 22 %, kəmiyyət olaraq – 9,4 % çoxdur.
Hesabat dövründə Azərbaycan Rusiyaya 26,9 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 19 % çox) 26 min 476ton (+4 %), Ukraynaya 2 milyon ABŞ dolları dəyərində (+47 %) 2 min ton (+43 %), Gürcüstana 1,5 milyon ABŞ dolları dəyərində (+59 %) 2 min 480 ton (+61%), Qazaxıstana 437,4 min ABŞ dolları dəyərində (-5 %) 630 ton (+6 %), Belarusa 340 min ABŞ dolları dəyərində (+79 %) 298 ton (+32 %) məhsul satıb.
Azərbaycan 1 il 9 aylıq fasilənin ardından Kanadaya tədarükü (2,6 min ABŞ dolları dəyərində 2,1 ton) bərpa edib.
Bizim.Media





























































































