Büdcəyə 87 milyon manatdan artıq əlavə gəlir daxil olub

Hazırda oxunan: Büdcəyə 87 milyon manatdan artıq əlavə gəlir daxil olub

595883

2026-cı ilin yanvar ayında dövlət büdcəsinin icrasında müsbət dinamika müşahidə olunub. Bu dövrdə xəzinədarlıq orqanları tərəfindən 37 mindən çox ödəniş tapşırığı icra edilib və dövlət büdcəsinin gəlirlərinin icrasında yüksək göstəricilər qeydə alınıb.

Bu barədə Bizim.Media-ya Maliyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, cari ilin yanvar ayı ərzində dövlət büdcəsinin gəlirləri 3 707,3 milyon manat təşkil edib ki, bu da aylıq proqnozu 32,0 milyon manat və ya 0,9 faiz üstələyib.
 

Dövlət büdcəsinin gəlirlərində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmalar 2 050,3 milyon manat təşkil edərək proqnozdan 50,3 milyon manat və ya 2,5 faiz, Dövlət Gömrük Komitəsi üzrə daxilolmalar 487,0 milyon manat təşkil edərək proqnozdan 2,0 milyon manat və ya 0,4 faiz, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti üzrə daxilolmalar 4,9 milyon manat təşkil edərək proqnozdan 0,2 milyon manat və ya 4,4 faiz, sair daxilolmalar 31,0 milyon manat təşkil edərək proqnozdan 3,1 milyon manat və ya 11,2 faiz çox, Dövlət Neft Fondundan transfert isə 1 070,0 milyon manat təşkil edərək proqnoza qarşı 100 faiz icra edilib.


Eyni zamanda, dövlət büdcəsindən maliyyələşən təşkilatların ödənişli xidmətlərindən daxilolmalar 64,1 milyon manat təşkil edərək proqnoza qarşı 73,1 faiz icra olunub.

Bundan əlavə, yanvar ayında dövlət büdcəsinin xərcləri 1 500,0 milyon manat proqnoza qarşı 1 437,6 milyon manat məbləğində icra edilib ki, bu da 95,8 faiz təşkil edir.

Məlumata görə, 2026-cı ilin yanvar ayı ərzində icmal büdcənin gəlirləri 4 411,9 milyon manat, xərcləri isə 1 717,5 milyon manat məbləğində icra edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin