Onlayn işləyənlərdən vergi sistemində ünvan TƏLƏBİ – Qanunidirmi?

Hazırda oxunan: Onlayn işləyənlərdən vergi sistemində ünvan TƏLƏBİ – Qanunidirmi?

595289

Son illərdə onlayn fəaliyyət göstərən şəxslərin sayı artıb. Bu şəxslərin böyük hissəsi vergi orqanlarında qeydiyyatdan keçərək VÖEN alır və qanunvericiliyə uyğun şəkildə vergi ödəyir. Lakin bu kateqoriyaya aid vergi ödəyicilərindən fiziki ünvan tələb olunması tez-tez suallar doğurur. VÖEN-i olan və fəaliyyətini tam onlayn şəkildə həyata keçirən şəxslər üçün bu tələbin nə dərəcədə əsaslı və qanuni olduğu müzakirə mövzusuna çevrilib.

Sual yaranır: iş onlayndırsa, fiziki ünvan niyə lazımdır?

Mövzuya münasibət bildirən ekspert Natiq Cəfərli Bizim.Media-ya bildirib ki, fiziki ünvanın qeydi qanunvericilikdə nəzərdə tutulub:

“Çünki rəsmi xəbərdarlıq,rəsmi bildirişlər, hansısa məktubların göndərilməsi, bir sözlə, məktublaşmaya görə istər fiziki, istərsə də hüquqi şəxs olsun qeydiyyatdan keçmiş ünvan olmalıdır. Bu, qanunvericiliyin tələbidir. Bu tələbin onlayn dünya üçün nə qədər məntiqli olub olmaması bir başqa məsələdir. Qanunvericilikdə belə bir tələb var deyə VÖEN-lə çalışanların ünvan məlumatları olmalıdır”.

Gəlinən nəticə odur ki, vergi orqanları rəsmi bildirişləri, qərarları və tələbnamələri elektron qaydada göndərsə də, qanunvericilik fiziki ünvanın mövcudluğunu istisna etmir.

Mübahisə və ya yoxlama zamanı ünvan hüquqi əhəmiyyət daşıyır. Bir sözlə, bu, vergi sisteminin texniki və hüquqi tələblərindən irəli gəlir.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin