Bələdiyyələrin gəlirləri BƏLLİ OLDU

Hazırda oxunan: Bələdiyyələrin gəlirləri BƏLLİ OLDU

595255

Bələdiyyələrin gəlirləri məlum olub.

Bizim.Media xəbər verir ki, bu, Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi”ndə (2025-ci il üzrə) əks olunub.

Belə ki, 2025-ci ilin aprel ayında dərc olunan Dövlət Statistika Komitəsinin 2024-cü il üzrə bələdiyyə büdcəsinin icrası barədə məlumatına əsasən ölkə üzrə bələdiyyələrin büdcə gəlirləri əvvəlki illə müqayisədə təxminən 7.9 milyon manat artaraq (14,4%) ilk dəfə 63 milyon manata yaxın vəsait təşkil edib.

Bələdiyyələrin vahid informasiya sistemindən əldə olunan məlumatlara əsasən 2025-ci ilin yekunları üzrə bu göstəricinin 60 milyon manat həddini keçməsi proqnozlaşdırılır.
 

Həmin məlumatlardan görünür ki, 2025-ci ildə əksər bələdiyyələrin büdcə daxilolmalarında müsbət nəticələrə nail olunmuş və 2024-cü illə müqayisədə yerli büdcələrə torpaq və əmlak vergisindən təxminən 26% (7,2 milyon manat) çox vəsait daxil olub.


Statistik rəqəmlər baxımından ümumi gəlirlərində kəskin artım Turan, Daş Salahlı, Samux, Yardımlı, Müşfiqabad bələdiyyələrində müşahidə olunub. Daxilolmalardakı artımın məbləğinin yüksəkliyi baxımından isə Sumqayıt (841 min manatdan çox), Yasamal (574 min manatdan çox), Nərimanov (533 min manatdan çox), Nəsimi (481 min manatdan çox) və Masallı (423 min manatdan çox) bələdiyyələrini fərqləndirmək mümkündür.


Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin