Səngəçal terminalından "Şahdəniz" qazının ixracında ARTIM 

Hazırda oxunan: Səngəçal terminalından "Şahdəniz" qazının ixracında ARTIM 

59514

2021-ci ildə Səngəçal terminalından gündəlik orta hesabla 61 milyon standart kubmetrdən çox (2,166 milyard standart kubfuta yaxın) "Şahdəniz" qazı ixrac edilib. 2020-ci ildə bu göstərici 24,48 faiz çox olub.

Bizim.Media bu barədə bp-nin hesabatına istinadən məlumat verir. 

Qeyd olunur ki, 2021-ci ildə AÇG və "Şahdəniz" yataqlarından neft və qazın sualtı boru kəmərləri vasitəsilə Səngəçal terminalına göndərilməsi davam edib. 

Terminalın texniki emal sistemlərinin gündəlik gücü hazırda 1,2 milyon barel neft və kondensat, "Şahdəniz" qazı üçün təqribən 81 milyon standart kubmetrdir. Ümumi qaz emalı və ixracı gücü isə (AÇG səmt qazı da daxil olmaqla) gündəlik təqribən 100 milyon standart kubmetrdir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin