\"Azəri-Çıraq-Günəşli\" blokunda neft hasilatı azalıb

Hazırda oxunan: \"Azəri-Çıraq-Günəşli\" blokunda neft hasilatı azalıb

59511

2021-ci ildə "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunda ümumi hasilat orta hesabla 458 min barel/sutka olub.

Bizim.Media bu barədə bp-nin hesabatına istinadən məlumat verir.

2020-ci ildə bu göstərici 477 min barel/sutkaya bərabər idi. Beləliklə, AÇG blokunda hasilat 3,98 faiz azalıb.

"2021-ci ildə AÇG-dən stabil hasilat təhlükəsiz və etibarlı şəkildə davam edib. İl üçün AÇG-dən ümumi hasilat – Çıraq (27 000), Mərkəzi Azəri (109 000), Qərbi Azəri (116 000), Şərqi Azəri (76 000), Dərinsulu Günəşli (86 000) və Qərbi Çıraq (44 000) platformalarından birlikdə – gündə orta hesabla 458 000 barel və ya ümumilikdə təxminən 167 milyon barel, yəni 23 milyon ton olub", - hesabatda deyilir.

Sentyabrın 18-də AÇG blokunda ümumi hasilat 4 milyard barelə çatıb.

İlin sonunda AÇG-də ümumilikdə 135 neft hasilat quyusu, 29 su injektor quyusu və 8 qaz injektor quyusu istismarda olub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin