İl başlayandan BAHALAŞMA – Hansı ərzaq məhsullarının qiyməti ARTIB?

Hazırda oxunan: İl başlayandan BAHALAŞMA – Hansı ərzaq məhsullarının qiyməti ARTIB?

594827

Ötən ilin sonuna olan məlumata görə, qlobal ərzaq qiymətləri indeksi əvvəlki illə müqayisədə 4,3 faiz artıb.

Bu, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) hesabatında yer alıb.

Ölkəmizdə də bir neçə ildir ki, ərzaq qiymətləri artan tendensiya ilə davam edir.

Maraqlıdır ki, il başlayandan qiymətlər necə dəyişib?

İqtisadçı Akif Nəsirli Bizim.Media-ya açıqlamasında bildirib ki, bu il Azərbaycanda ərzaq məhsullarının qiymətlərində müəyyən artımlar müşahidə olunub və bəzi məhsullar əvvəlki illərlə müqayisədə bahalaşıb:
 

“Ümumi rəsmi inflyasiya prosesi nisbətən nəzarət altına alınsa da, ərzaq məhsullarında artım hiss olunub. Kartof qiyməti xeyli artıb – əvvəlki qiymətə nisbətən bahalaşma olub, çünki yerli istehsal kifayət etmədiyindən idxal olunan kartoflar daha yüksək qiymətə satılıb.


Ət məhsulları da bahalaşanlar sırasındadır. Dövlət Statistika Komitəsinin son məlumatlarına görə isə keçən ilin son aylarında bir sıra ərzaq məhsulları ilə bağlı aylıq qiymət artımları qeydə alınıb. Bunlara qarabaşaq, mal ətindən konservlər, balıq və balıq məhsulları, süd, yumurta, armud, üzüm, qoz, fındıq, şabalıd, pomidor, bibər, badımcan, soğan, xiyar, çay daxil olub. Ümumilikdə bu il ərzaq məhsullarının qiymətləri ümumi inflyasiya ilə paralel artaraq əhali üçün gündəlik xərclərdə müəyyən artım yaradıb”.

Naibə Məmmədova, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin