Azərbaycanın xarici dövlət borcu nə qədərdir?

Hazırda oxunan: Azərbaycanın xarici dövlət borcu nə qədərdir?

594386

Bu ilin yanvarın 1-nə xarici dövlət borcu 4 milyard 813,5 milyon dollar və ya 2025-ci il üzrə 129 milyard 94 milyon manat (75 milyard 937,6 milyon dollar) məbləğində faktiki ÜDM-in 6,3 faizini təşkil edib.

Maliyyə Nazirliyindən Bizim.Media-ya bildirilib ki, xarici dövlət borcu 2025-ci ilin əvvəli ilə müqayisədə mütləq ifadədə 316,2 milyon dollar və ya 6,2 faiz azalıb.
 

2025-ci il ərzində kredit sazişləri çərçivəsində 106,8 milyon dollar məbləğində vəsaitin istifadə edilməsi və xarici valyuta məzənnələrinin dollarına münasibətdə möhkəmlənməsi nəticəsində xarici dövlət borcunun dollar ifadəsində 49,8 milyon dollar məbləğində artması müqabilində 472,8 milyon dollar vaxtı çatmış əsas borc ödənişlərinin həyata keçirilməsi xarici dövlət borcunun azalmasını şərtləndirmişdir.


2026-cı ilin 01 yanvar tarixinə xarici dövlət borcunun ÜDM-ə nisbəti 2025-ci ilin əvvəli ilə müqayisədə 0,6 faiz bəndi azalıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin