ABŞ Venesuelaya neft satışından yarım milyard dollar verdi

Hazırda oxunan: ABŞ Venesuelaya neft satışından yarım milyard dollar verdi

594363

Vaşinqton Administrasiyası Venesuela neftinin satışından əldə olunan 500 milyon dollar məbləği bu ölkəyə ödəyib.

Bizim.Media xəbər verir ki, bu barədə "Reuters" agentliyi ABŞ rəsmisinə istinadən məlumat yayıb.
 

"Venesuela rəsmi olaraq neftin ilk satışından əldə edilən 500 milyon dolları tam şəkildə alıb. Satılan neftin dəqiq həcmi göstərilməyib. Vaşinqton gələcəkdə Venesuela neftinin satışından əldə edilən vəsaiti ABŞ-dəki bir fonda köçürmək niyyətindədir. Bu vəsait daha sonra ABŞ hökumətinin icazəsi ilə Venesuela hakimiyyət orqanlarına köçürüləcək", - deyə agentliyə adı açıqlanmayan ABŞ rəsmisi bildirib.


Yanvarın sonlarında Venesuela prezidentinin səlahiyyətlərini icra edən Delsi Rodriges Venesuelanın 500 milyon dollarlıq neft satışından ilk 300 milyon dollarını aldığını açıqlayıb. Agentlik bildirib ki, ABŞ qalan 200 milyon dolları da ödəyib.

Yanvarın 9-da ABŞ Prezidenti Donald Tramp Venesuelanın ABŞ-yə 30 milyon barel neft göndərməyə razı olduğunu açıqlayıb. O, bu enerji daşınmasının 4 milyard dollar dəyərində olduğunu vurğulayıb.

Tramp bildirib ki, Venesuela neft satışından əldə edilən gəlirlə yalnız ABŞ məhsulları alacaq.
 

Xatırladaq ki, bu il yanvarın 3-də ABŞ Venesuelada genişmiqyaslı əməliyyat keçirib, nəticədə prezident Nikolas Maduro və onun həyat yoldaşı Siliya Flores həbs edilərək Nyu-Yorka aparılıblar.


ABŞ Prezidenti Donald Tramp Maduro və Floresin narkoterrorizm və ABŞ-ni təhdid etmək ittihamları ilə mühakimə olunacaqlarını açıqlayıb. Venesuelanın vitse-prezidenti Delsi Rodriges müvəqqəti dövlət başçısı elan edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin