Dövlət Gömrük Komitəsinin (DGK) “e.customs.gov.az” portalına “Müraciətlər” elektron xidməti əlavə olunub.
Bizim.Media xəbər verir ki, bu fikirləri özünün Tvitter səhifəsində DGK-nın sədri Səfər Mehdiyev yazıb.
Onun sözlərinə görə, bu xidmət "Yaşıl dəhliz" istifadəçisi tərəfindən eyniləşdirmə vasitəsinin (plombların) əldə edilməsinə dair müraciət üçündür:
“Bununla da portaldakı elektron xidmətlərin sayı 16-ya çatdı”.
#DGK-nın “//t.co/XjcoWSVYC0” portalına “Müraciətlər” #elektron xidməti də əlavə olundu. Bu xidmət "Yaşıl dəhliz" istifadəçisi tərəfindən eyniləşdirmə vasitəsinin (plombların) əldə edilməsinə dair müraciət üçündür. Bununla da portaldakı elektron xidmətlərin sayı 16-ya çatdı.
— Safar Mehdiyev (@SafarMehdiyev_) February 9, 2022
Bizim.Media