Nazirlər Kabinetinin yeni Qərarına əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən daha 4 müavinət növü: əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət (qanunvericiliklə müəyyən olunmuş dövr üçün), hamiləliyə və doğuma görə müavinət, 3 yaşınadək uşağa qulluğa görə müavinət və dəfn üçün birdəfəlik müavinət proaktiv qaydada təyin ediləcək.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Bizim.Media-ya verilən məlumata görə, proaktiv mexanizm əsasında təyin edilən digər sosial ödənişlərdə olduğu kimi, bu müavinətlərin alınması üçün də heç bir quruma müraciət etməyə və sənəd təqdim etməyə ehtiyac qalmayacaq.
Həmin müavinət növlərinin proaktiv qaydada təyin edilməsi prosesinə 2026-cı ilin mayın 1-dən başlanacaq.
Yeni qərarla, həmçinin MDSS əsaslı bir sıra müavinətlərin hesablanması qaydası və ödənilməsi müddətləri ilə bağlı humanist yanaşmalar nəzərdə tutulub.
Ümumilikdə son illərdə sosial sahədə icra olunan geniş elektronlaşma proqramı nəticəsində hazırda nazirliyin xidmətlərinin 90 faizdən çoxu e-qaydada təqdim olunur.
Bizim.Media

- A-
- A
- A+
İqtisadiyyat
17:39 / 02.02.2026
Yeni müavinətlərlə bağlı MÜHÜM AÇIQLAMA – Bu qaydada təyin ediləcək
Hazırda oxunan: Yeni müavinətlərlə bağlı MÜHÜM AÇIQLAMA – Bu qaydada təyin ediləcək
Hazırda oxunan: Yeni müavinətlərlə bağlı MÜHÜM AÇIQLAMA – Bu qaydada təyin ediləcək
594091
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































