Bu şəxslər 2500 manat CƏRİMƏ EDİLƏCƏK

Hazırda oxunan: Bu şəxslər 2500 manat CƏRİMƏ EDİLƏCƏK

594072

Rəy verilmədən emal edilməmiş almazı idxal və ixrac edənlər inzibati məsuliyyətə cəlb ediləcəklər.

Bizim.Media xəbər verir ki, bu məsələ Milli Məclisin bugünkü iclasında müzakirə edilən İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə öz əksini tapıb.
 

Layihəyə görə, emal edilməmiş almazların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın 5 (qurumun) rəyi olmadan idxalı və ixracına görə - fiziki şəxslər beş yüz əlli manatdan yeddi yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər min manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə ediləcək.


Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin