Dövlət maliyyəsinin səmərəli idarə edilməsinə belə NƏZARƏT OLUNACAQ

Hazırda oxunan: Dövlət maliyyəsinin səmərəli idarə edilməsinə belə NƏZARƏT OLUNACAQ

594059

Dövlət maliyyəsinin səmərəli idarə edilməsinə nəzarət həyata keçiriləcək.

Bizim.Media xəbər verir ki, bu məsələ parlamentin bugünkü iclasında müzakirə olunan Vergi Məcəlləsinə dəyişiklik edilməsi barədə qanun layihəsində əks olunub.
 

Dövlət maliyyəsinin səmərəli idarə edilməsi məqsədilə dövlət orqanları (qurumları), dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər və dövlət adından yaradılan publik hüquqi şəxslərlə bağlı aşağıdakı məlumatların vergi orqanları tərəfindən müvafiq icra hakimiyyəti orqanına elektron qaydada təqdim edilməsi nəzərdə tutulur:


- adıçəkilən qurumların vergi orqanında uçota alınması, yenidən təşkili və ya uçotdan çıxarılması barədə məlumatların (vergi ödəyicisinin adı, VÖEN-i, hesabları göstərilməklə) növbəti ayın 15-dək;

- qurumların qeydiyyata alınan hesabları barədə məlumatların müvafiq məlumat bank əməliyyatları aparan şəxslər tərəfindən vergi orqanına daxil olduğu gündən 1 iş günü müddətində.

Dövlət orqanları (qurumları) və dövlət müəssisələri ilə bağlı qeyd olunan məlumatların vergi orqanları və banklar tərəfindən qurumlararası informasiya sisteminin imkanlarından istifadə etməklə verilməsi dövlət vəsaitlərinin xərclənməsinə nəzarətin güclənməsinə, həmin qurumların fəaliyyətinin daha çevik monitorinqinə imkan verəcəkdir.

Qanun layihəsi səsə qoyularaq  birinci oxunuşda qəbul edilib.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin