Bu nəqliyyat vasitələri ƏDV, aksiz və gömrük rüsumundan AZAD EDİLİR

Hazırda oxunan: Bu nəqliyyat vasitələri ƏDV, aksiz və gömrük rüsumundan AZAD EDİLİR

594054

Raritet (nadir) avtonəqliyyat vasitələrinin idxalı ƏDV-dən, aksiz və gömrük rüsumundan azad ediləcək.

Bizim.Media xəbər verir ki, bu məsələ parlamentin bugünkü iclasında müzakirə olunan Vergi Məcəlləsi və “Gömrük tarifi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində əks olunub.
 

Dəyişikliyə əsasən, raritet avtonəqliyyat vasitələrinin idxalının ƏDV-dən, aksizdən, gömrük rüsumundan azad edilməsi idxalın müvafiq dövlət orqanının təsdiqedici sənədi əsasında həyata keçirilməsi və idxal olunan raritet avtonəqliyyat vasitələrinin sayının şəxs tərəfindən təqvim ili ərzində 1 ədəddən (ölkə üzrə ümumilikdə 10 ədəddən) çox olmaması şərtləri çərçivəsində tənzimlənəcək.


Raritet avtonəqliyyat vasitələrinin idxalının ƏDV-dən, aksizdən və gömrük rüsumundan azad edilməsi onların idxalçılarının xərclərinin azalmasına imkan yaradacaq.

Qeyd edək ki, hazırda qüvvədə olan qaydalara əsasən mühərriki, banı və şassisi orijinal vəziyyətdə olan və ya orijinal vəziyyətə gətirilmiş və zavod buraxılış tarixindən 40 (qırx) ildən çox keçmiş avtonəqliyyat vasitələri raritet (nadir) avtonəqliyyat vasitələri hesab edilir.

Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin