Tikinti materialları bu qədər bahalaşacaq

Hazırda oxunan: Tikinti materialları bu qədər bahalaşacaq

593830

Azərbaycanda armatur və şüşə listlərinin idxalı ilə bağlı yeni qaydalar tətbiq olunub. Bəs bu tikinti bazarına və mənzil tikintisinə necə təsir edəcək?

Bizim.Media xəbər verir ki, məsələ ilə bağlı Azərbaycan Tikinti Materialları İstehsalçıları Assosiasiyası (ATMİA) tikinti materiallarının qiymətindəki son dəyişikliklərin ümumi layihə xərclərinə təsiri ilə bağlı hesablamalarını açıqlayıb.

Assosiasiyadan verilən məlumata görə, daş yunu ofisinin tikintisi üzrə aparılmış smeta və əlavə xərclərin təhlili göstərir ki, ümumi tikinti xərclərinin 28 faizi armaturun, 4 faizi isə pəncərə işlərinin payına düşür.

Bu göstəricilərə material, işçilik və layihə xərcləri daxildir.

ATMİA bildirir ki, bazar dəyərləri əsasında aparılan hesablamalara görə, armaturda qiymət artımı 12 faiz, şüşə materiallarında isə 14 faiz təşkil edir. Bu artımlar ümumi dəyərə tətbiq edildikdə, armatur üzrə əlavə artım 3,36 faiz, şüşə üzrə isə 0,4 faiz olur.
 

Nəticədə, yalnız bu iki istiqamət üzrə ümumi qiymət artımı 3,76 faizə çatır. Assosiasiyanın qeyd etdiyi kimi, bu artımın marja və digər xərclərə də proporsional şəkildə təsir edəcəyi nəzərə alınarsa, yekun artımın təxminən 4–5 faiz olacağı proqnozlaşdırılır.


Qeyd edək ki, Azərbaycanda bu məhsulları idxal edən sahibkarlar əvvəlki kimi faiz əsaslı və ya minimum gömrük rüsumları ilə yanaşı, əlavə ödənişlər də edəcəklər. Belə ki, hər ton armatur üçün 150 manat, şüşə listlərinin hər tonu üçün isə 100 manat əlavə gömrük yığımı tutulacaq. (Yeni sabah)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin